19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri

Kriptovalyuta bir investisiya aktividir. Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri barədə “vergiler.az” saytına danışan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidirlər. Bu əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər Vergi Məcəlləsinin 99.3.8 maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən gəliri sayılır və Vergi Məcəlləsinin 101.2 maddəsinə əsasən, 14 faiz gəlir vergisi ödəməlidirlər. Fizişi şəxslər vergi orqanında qeydiyyatda olduğu üçün növbətli ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini təqdim etməlidirlər.

Həmçinin, Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Misal: Fiziki şəxs 50 dollar ( 50*1.7 azn = 85 AZN ) ödəniş edib kriptovalyuta alır, daha sonra həmin kriptovalyutanın dəyəri 150 (150*1.7=255 AZN) dollara qədər artır.

ÖMV= 85/0.9*10%=9.44 AZN
Gəlir vergisi = (255-94.44)*14%=22.48 AZN

Qeyd: Burada ödəniş 50 dollar (85 AZN) cəmi məbləğin 90 faizini təşkil edir. Çünki bank 10% ödəmə mənbəyindən vergi tutmuşdur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?