29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müəssisənin əmlak vergisinin hesablanması

Vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri vergitutma obyekti sayılır. Dövlət Vergi Xidmətinin "195" Çağrı Mərkəzinin əməkdaşı Hüseyn Hacıyev “vergiler.az” saytına bildirib ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki il üzrə qalıq dəyərindən həmin il üçün hesablanan amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanıb 2-yə bölünməsi ilə müəyyən edilir.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəllənin 14.3.4-cü maddəsinə əsasən, yəni bazar qiyməti kimi müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Misal: Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan müəssisə aprel ayında 5000 manatlıq əmlak (avadanlıq), iyul ayında isə 3000 manatlıq əmlak (avadanlıq) əldə edir.

Bu halda 2-ci rüb üçün əmlak vergisi üzrə cari vergi ödənilmir.

3-cü rüb üçün avqust ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + 4000 (amortizasiya çıxılmaqla))x8/24x1%x20%=6 manat.

4-cü rüb üçün noyabr ayının 15-nə kimi ödəməli olduğu cari əmlak vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(5000 + ((5000 +3000) - (5000 +3000)x20%))x8/24x1%x20%=7.6 manat.

Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb