29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-kommersiya təşkilatları mənfəət vergisi bəyannamələrini təqdim etməlidirlərmi?

Təcrübədə maraq doğuran hallardan biri qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi bəyannamələrini təqdim edilib-edilməməsi ilə bağlıdır. Sual yaranır ki, ictimai birliklər, fondlar (qeyri-kommersiya qurumları) mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlərmi? Suala sərbəst auditor Altay Cəfərov “vergiler.az” saytı üçün aydınlıq gətirib:

Öncəliklə Vergi Məcəlləsinin 103 və 149-cu maddələrinə nəzər yetirməliyik. Belə ki, Vergi Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Məcəllənin 149-cu maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Maddələrə nəzər yetirəndə görürük ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər 3 yerə bölünmüşdür:

- Rezident və qeyri rezident kommersiya müəssisələri (mənfəət vergisi ödəyiciləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)

- Kommerisiya fəaliyyəti olan qeyri- kommersiya təşkilatları (mənfəət vergisi ödəyicləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)

- Kommerisiya fəaliyyəti olmayan qeyri- kommersiya təşkilatları (mənfəət vergisi ödəyicisi deyildir və mənfəət vergisi bəyannaməsini təqdim etməli deyillər)

Vergi Məcəlləsinin 13.2.38-ci maddəsinə əsasən, büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Deməli ictimai birliklər, fondlar kimi büdcə təşkiltaları da qeyri-kommersiya təşkilatları sayılırlar.

Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsi qeyri-kommersiya fəaliyyəti sayılır. Əks halda, bu fəaliyyət kommersiya fəaliyyəti sayılar. (VM 13.2.27)

Deməli, qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul olduqda bu artıq kommersiya fəaliyyəti sayılır. Amma belə olan halda qeyri-kommersiya təşkilatı kommersiya təşkilatı sayılmır. Yəni fəaliyyət və hüquqi şəxslərin təşkilatı hüquqi forması ayrı-ayrı hallardır və anlayışlardır.

Yəni büdcə təşkilatı və ya digər qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul ola bilər, amma bu, o demək deyil ki, onlar kommersiya təşkilatlarıdır.

Misal: “AA” ictimai birliyi 2020-ci ilə müvafiq qaydalara uyğun olaraq 100.000,00 qrantlar əldə etmişdir. Həmçinin 2021-ci ildə qrantlardan daxil olmalar 50.000,00 manat və layihələr əsasında 30.000,00 manat xidmət göstərmişdir.

İctimai birliyin 2020-ci ildə kommersiya fəaliyyətindən gəliri olmadığına görə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim etməli deyildir. Ola bilər ki, hüquqi şəxs olduğuna görə mənfəət vergisi bəyannaməsini təqdim etməsi üçün vergi orqanlarından məktublar daxil olsun. Belə olan halda, qurumun qeyri-kommersiya təşkilatı olduğunu bildirmək kifayət edir.

Artıq 2021-ci ildə isə birliyin kommersiya fəaliyyətindən 30.000,00 manat gəliri olduğuna görə illik mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Misal: “AA” büdcədən maliyyələşən büdcə təşkilatıdır. 2020-ci ildə büdcədən maliyyələşmədən əlavə olaraq xidmətlərin göstərilməsindən 100.000,00 manat sifarişçilərdən xidmət haqları daxil olmuşdur. Amma 2021-ci ildə kommersiya fəaliyyətindən heç bir daxilolmalar olmamışdır. Bu zaman sual yaranır ki, təşkilat mənfəət vergisini necə verməlidir?

Təşkilatın kommersiya fəaliyyətindən gəlirləri olduğu üçün 2020-ci ilin mənfəət vergisi üçün bəyannaməsini təqdim etməlidir. Amma 2021-ci il üçün mənfəət vergisi bəyannaməsini verməyəcəkdir, ona görə ki, kommersiya fəaliyyətindən gəlirləri olmamışdır.

Vergi orqanlarından uyğunsuzluq məktubları daxil ola bilər ki, 2020-ci ildə mənfəət bəyannaməsi verilmişdir, amma 2021-ci ildə verilməmişdir. Bu zaman yuxarıda qeyd etdiyim kimi açıqlamalar təqdim edilməklə uyğunsuzluğu aradan qaldırmaq olur. Yəni qeyri-kommersiya təşkilatlarının birbaşa mənfəət vergisi ödəyicisi olmaq öhdəliyi və ya mükəlləfiyyəti yoxdur, sadəcə kommersiya faəliyyətindən gəliri olanda mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb