19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezident şəxslərə ödənilən məbləğdən ƏDV-ni əvəzləşdirmək mümkündürmü?

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.

Eyni zamanda, qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Misal: Azərbaycan Respublikasında nümayəndəliyi olmayan qeyri-rezident müəssisə ƏDV ödəyicisi olan rezident müəssisə olan "XX" MMC ilə müqavilə bağlayaraq mart ayında 3000 dollar dəyərində məsləhət xidmətləri göstərib. Xidmətlərin göstərilməsi mart ayında təhvil-təslim aktı ilə sənədləşdirilib..Ödəniş isə əvvəldən fevral ayında edilib.

Vergi agenti olan "XX" MMC 3000 dollar məbləği xarici şirkətin bank hesabına fevral ayında köçürüb. Ödəniş olduğu ayda, yəni fevral ayında dövlət büdcəsinə ödənilməli, amma bəyannaməsi işin təhvilində mart ayında göndərilməlidir.

Belə olduqda, agent "XX" MMC 3000 dollar NET məbləğ olduğuna görə, onun GROSS məbləğinin ƏDV-sini hesablayırıq:

3333.33$ * 18% = 599.99 dollar

Şirkət fevral ayında 599.99 dollar məbləğində Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti ilə ƏDV hesablamalı və büdcəyə ödəməlidir.

Eyni zamanda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş ƏDV məbləğləri mart ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.

Bundan başqa, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, vergi agenti olan rezident müəssisə "XX" MMC qeyri-rezidentə ödədiyi məbləğdən (gross up edilərək) ödəmə mənbəyində 10 faiz gəlir vergisi tutaraq Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti ilə büdcəyə ödəməlidir:

3000$ --90%

x---100%

x=3333.33 dollar.

3333.33 x 10% = 333.33 dollar.

Yekun olaraq məbləğ əvəzləşdirilsə də alt sənəd tələb olunur.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb