19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyiciləri üçün elektron sənəd siyahısı genişlənir

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi ilə bağlıdır. Bakı Hesabat Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Mehdi Babayev layihədə bununla bağlı yer alan yenilikləri belə şərh edib:

Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixdən təklif olunan dəyişikliklər qüvvəyə minərsə, vergi ödəyiciləri aşağıdakı 4 yeni formada elektron qaimə-faktura və digər sənədləri də elektron qaydada tərtib edəcəklər:

1. elektron əmtəə-nəqliyyat qaiməsi (malsatanlardan, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mal alanlar, malgöndərənlər, ümumiyyətlə daşınan yükün sahibləri-yükgöndərənlər),

2. yük avtonəqliyyatı üçün elektron yol vərəqi (nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya onu istifadə edənlər),

3. aksizli malların (neft məhsulları istisna olmaqla) elektron təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (aksizli malların istehsalçısı və aksizli mal idxal edənlər),

4. ixrac qeydi ilə satış elektron qaimə-fakturası (malları ixrac qeydi ilə satanlar).

Vergi ödəyiciləri malsatanlardan, həmçinin vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların, o cümlədən kənd təsərrüfatı məhsullarının alınaraq ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla avtomobil nəqliyyatı vasitəsilə alıcının obyektinə, aidiyyəti topdan satışı ilə məşğul olan ticarət obyektlərinə, bazarlara daşınması və ya gətirilməsi üçün elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib edəcəklər. Əslində hazırkı rəsmi Qaydalara görə əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Başqa sözlə desək, əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədikdə yükgöndərən (ekspeditor) yükü daşımaya təqdim etməməli, daşıyıcı isə onu qəbul etməməlidir. Lakin bu sənəd kağız daşıyıcısında tərtib olunduğuna görə vergi orqanının nəzarətindən kənarda qala bilirdi. Qaimə-faktura və yol vərəqəsinin elektron qaydada tərtib edilməsi, o deməkdir ki, real vaxt rejimində vergi orqanı artıq biləcəkdir ki, nəqliyyat vasitəsi nə iş görür, nə qədər yanacaq sərf edir, kimin (haranın) malı kimə (hara) daşınır və sair.

Aksizli malları istehsal edən və həmçinin, idxal edən vergi ödəyiciləri aksizli malları ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə elektron təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası ilə rəsmiləşdirməklə istehsal binasının (və ya idxal etdiyi malların boşaldığı yerin) hüdudlarından kənara çıxara bilməyəcəklər.

Bütün bu əlavə olunan elektron qaimə-fakturaların və digər sənədlərin vaxtında tərtib olunması mühasiblərin məsuliyyətində olacaq.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb