25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun iclası keçiriləcək

Noyabrın 4-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərin və işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, habelə növbəti il üçün Fəaliyyət Planı ilə bağlı üzvlər tərəfindən təqdim edilmiş təkliflərin müzakirə edilməsi planlaşdırılır.

İşçi qrupunun iclası saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə keçiriləcək. Qeyd olunan fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri https://azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılan müvafiq səhifəyə keçməklə (https://azranking.az/az/protocols-announcements) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olaraq müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?