7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov martın 30-da 6 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 97a) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar 28-29 mart tarixlərində Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər Departamentinə, Beyləqan rayon 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng vurmaqla və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?