Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edəcək

2019.03.28 15:50 (UTC+04:00)

Vergilər naziri Mikayıl Cabbarov martın 30-da 6 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 97a) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar 28-29 mart tarixlərində Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər Departamentinə, Beyləqan rayon 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng vurmaqla və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.