6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçinin vəfatı ilə əlaqədar verilən müavinətdən tutulan vergi

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, “Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir.

Eyni zamanda işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Misal: Büdcə təşkilatında əmək müqaviləsi əsasında çalışan və əməkhaqqı 700 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 01.09.2021-ci il tarixində vəfat edir. Bu halda vəfat etmiş işçiyə hansı məbləğ verilməli və verilmiş məbləğdən tutulmalar necə olacaq?

Bu halda hesablamalar belə aparılmalıdır:

İyul ayı üçün əməkhaqqı - 700 manat;

Avqust ayı üçün əməkhaqqı – 700 manat;

İşçinin orta aylıq əməkhaqqı - 2199.78 manat olacaq:

700 x 2 = 1400 manat;

1400 : 42 = 33,33 manat;

33,33 x 22 = 733,26 manat;

733,26 x 3 = 2199,78 manat.

Burada 42 gün iyul (20 gün) və avqust ayı üzrə (22 gün) iş günlərinin cəmidir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən, vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.

Gəlir vergisinin hesablanması:

2 199,78 – 200 x 14% = 279,96 manat.

2199,78 – 279,96 = 1919,82 manat.

Deməli, vəfat edənin vərəsələrinə ödənilən vəsait – 1919,82 manat olur.

Burada 42 gün - iyul ayı üzrə iş günü 20, avqust ayı üzrə isə 22 iş günündən ibarətdir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?