Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, “Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir.
Eyni zamanda işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.
Misal: Büdcə təşkilatında əmək müqaviləsi əsasında çalışan və əməkhaqqı 700 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 01.09.2021-ci il tarixində vəfat edir. Bu halda vəfat etmiş işçiyə hansı məbləğ verilməli və verilmiş məbləğdən tutulmalar necə olacaq?
Bu halda hesablamalar belə aparılmalıdır:
İyul ayı üçün əməkhaqqı - 700 manat;
Avqust ayı üçün əməkhaqqı – 700 manat;
İşçinin orta aylıq əməkhaqqı - 2199.78 manat olacaq:
700 x 2 = 1400 manat;
1400 : 42 = 33,33 manat;
33,33 x 22 = 733,26 manat;
733,26 x 3 = 2199,78 manat.
Burada 42 gün iyul (20 gün) və avqust ayı üzrə (22 gün) iş günlərinin cəmidir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən, vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.
Gəlir vergisinin hesablanması:
2 199,78 – 200 x 14% = 279,96 manat.
2199,78 – 279,96 = 1919,82 manat.
Deməli, vəfat edənin vərəsələrinə ödənilən vəsait – 1919,82 manat olur.
Burada 42 gün - iyul ayı üzrə iş günü 20, avqust ayı üzrə isə 22 iş günündən ibarətdir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.