3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək şənlik keçirilən 2260 obyektdə monitorinq aparılıb

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə indiyədək 2260 obyektdə monitorinq aparılıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, şənlik məkanlarının keçirilməsində ümumi azalma müşahidə olunsa da, belə mərasimlərin təşkil olunduğu obyektlərdə yenə də bəzi qayda pozuntusu hallarına rast gəlinir. Bunlar əsasən məkan sahiblərinin şənlik mərasimlərini “icaze.e-gov.az” portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və masalararası məsafə ilə bağlı tələb edilən məhdudiyyətinin pozulması, şənlik mərasimlərinə gələn şəxslərin müvafiq sənədlərə malik olmamasıdır.

Bu günədək monitorinq aparılan tədbirlərdə iştirak edən 276 mindən çox qonağın müvafiq sənədlərinə baxılıb, 27 mindən yuxarı şəxsin sənədində nöqsanlar aşkarlanıb. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1350 nəfərinin tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Bir daha bildirilir ki, tədbirlərin təşkili zamanı vətəndaşlar tərəfindən karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirilməlidir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması