15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vahid elektron lövhə”nin tətbiqi ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə müsbət təsir göstərəcək

Vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə artıq ödənilmiş vergilərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” hazırlanıb, Maliyyə Nazirliyi ilə birlikdə işlənərək vergi ödəyicilərinin istifadəsinə verilib.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, “Vahid elektron lövhə” vergi sahəsində həyata keçirilən islahatların davamıdır və dünya təcrübəsində tətbiq olunan bu mexnizmin ölkəmizdə gerçəkləşdirilməsi aktual idi: “Dünya təcrübəsində icra olunan bu modelin tətbiqi uzun müddət müzakirə edilən məsələlərdən olub. Vergi ödəyiciləri, xüsusən də əlavə dəyər vergisi ödəyiciləri ödəniş edən zaman artıq ödəmələrin geri qaytarılmasında çətinlik çəkirdilər. Çünki vəsaitlərin geri qaytarılmasında həm prosedurların sayı çox idi, həm də bu prosedurlara əməl etmək üçün xeyli müddət tələb olunurdu. Yeni mexanizm imkan verəcək ki, artıq ödəmə etmiş vergi ödəyicisi elektron qaydada müraciət etsin və müraciəti ilə bağlı işin gedişinin hər mərhələsini izləsin. Bu xidmətin istifadəyə verilməsi ilə vergi ödəyicilərinin əlavə vaxt itkisinin qarşısı alınacaq, zamana və vəsaitə qənaət ediləcək.

“Vahid elektron lövhə”nin tətbiqi ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə də müsbət təsir göstərəcək. Beynəlxalq hesabatlarda tez-tez irəli sürülən təkliflərdən biri də “Vahid elektron lövhə”nin tətbiqi idi. Bu mexanimin ölkəmizdə tətbiqi vergi ödəyiciləri ilə vergi xidməti arasındakı münasibətlərin daha da liberallaşmasına və vergi ödəyicilərinin məmnuniyyətinə şərait yaradacaq”.

Qeyd edək ki, “Vahid elektron lövhə” ilə bağlı proseslər bu ardıcıllıqla həyata keçiriləcək:
Vergi ödəyicisi “Asan imza” ilə şəxsi kabinetinə daxil olur və “Onlayn kargüzarlıq” bölümündə artıq ödəmənin geri qaytarılması üçün “Elektron ərizə”ni seçir. “Elektron ərizə”ni qaydalara uyğun tərtib edib Dövlət Vergi Xidmətinin aidiyyəti strukturuna göndərir.
Ərizənin vəziyyəti, hansı mərhələdə olması barədə məlumatlar “Vahid elektron lövhə”də əks olunur. Hər hansı səbəbdən imtina edildikdə və ya vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda “lövhə”də imtina səbəbi və tarixi qeyd edilir. Daha sonra artıq ödənilmiş vəsait vergi öəyicisinin bank hesabına köçürülür. Vəsaitin bank hesabına köçürülməsi barədə məlumat Maliyyə Nazirliyi tərəfindən “Vahid elektron lövhə”yə ötürülür.

Ərizədəki məlumatlar düzgün olduğu halda vergi orqanı tərəfindən rəy hazırlanaraq platforma üzrərindən Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyi rəyə baxaraq müraciəti yerli xəzinədarlıq orqanına icraya yönəldir və bu barədə məlumat “Vahid elektron lövhə”yə ötürülür.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?