6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Monitorinqlər zamanı 21 şənlik mərasiminin “icazə.e-gov.az” portalına daxil edilmədən təşkil olunduğu aşkarlanıb

Şənlik mərasimlərinin müəyyən olunmuş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, monitorinq qrupları tərəfindən bu günədək 800-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və sair ilə bağlıdır. Belə ki, monitorinq aparılan mərasimlərdə iştirak edən 108 minədək qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (12 min nəfərədək) nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Bununla yanaşı, monitorinqlər zamanı 21 şənlik mərasiminin “icazə.e-gov.az” portalına daxil edilmədən təşkil olunduğu da aşkarlanıb.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Monitorinqlər zamanı şənlik mərasimləri keçirilən təsərrüfat subyektləri (şadlıq evləri, restoran, istirahət mərkəzləri) üzrə vergiödəyicilərinin muzdlu işçilərinin vaksin və immun sertifikatı ilə əhatə olunması vəziyyəti də araşdırılıb. Araşdırmalar göstərir ki, bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Belə ki, maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət personalının vaksinləşmə göstəricisi 42,5 faizdən 72,1 faizə yüksəlib. Bu, həmçinin vergiödəyicilərinin muzdlu işçilərinin qeydiyyatının şəffaflaşması deməkdir.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə “icaze.gov.az” portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?