23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfərdə məqsəd iki ölkə arasında işgüzar əlaqələrin genişləndiriməsi və vergi xidmətləri arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək olub.

Səfər çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Yaponiya Milli Vergi Agentliyinin rəhbəri Takeşi Fuji ilə görüşüb. Yaponiya Vergi Adiministrasiyasında keçirilən görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Yaponiyanın vergi xidmətində tətbiq edilən yeni innovativ həllər, rəqəmsal texnologiyalar sahəsində müasir inzibatçılıq alətləri barədə fikir mübadiləsi aparılıb. Yaponiyada rəqəmsal texnologiyaların tətbiqi təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyini bildirən vergilər naziri Mikayıl Cabbarov bu sahədə təcrübə mübadiləsinin təşkilinin vacibliyini qeyd edib. Tərəflər Yaponiya Vergi Administrasiyasının nəzdində fəaliyyət göstərən Tədqiqiat Akademiyasının təcrübə mübadiləsi işlərinə cəlb edilməsi barədə razılığa gəliblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də əməkdaşlıqla bağlı razılaşma əldə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?