11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

VÖEN-siz fəaliyyət göstərən fiziki şəxslərin xidmət haqqından tutulmalar

Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar  ödəmə mənbəyində vergini  tutmalı və hesabatı təqdim etməlidir. Bəs həmin şəxslərin vergi və sosial ödənişlərinin məbləği necə  hesablanır? Suala mühasibat mütəxəssisi Emin Salamov aydınlıq gətirir.

Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin mülki hüquqi müqavilələrlə göstərdikləri xidmətlərə görə gəlirlərindən tutulmalar Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir:

Misal: 1 iyul 2021-ci il tarixində vergi orqanında uçotda olmayan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanıb. Bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları necə hesablanılacaq?

Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq fiziki şəsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi tutulur. Mülki-hüquqi xidmət müqaviləsi bağlanarkən əmək kitabçası açılmasına ehtiyac olmadığı və həmin müqavilə üzrə iş əsas iş yeri sayılmadığı üçün aylıq gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat çıxılma edilmir.
Yuxarıda göstərilən misalda aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı “Sosial Sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq aylıq gəlirin 25%-i həcmində tutulur:

S/n

Aylıq gəliri

(manat)

Gəlir vergisi

MDSS 25%

İşsizlikdən sığorta

İcbari tibbi sığorta

Cəmi tutulmalar

Karta köçürülən məbləğ

1

1000,00

140,00

250,00

0,00

20,00

410,00

590,00

Mülki-hüquqi xidmət müqaviləsi bağlanılarkən aylıq gəlirdən “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə uyğun olaraq aylıq gəlirin 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Büdcə təşkilatında əmək müqaviləsi bağlamaq şərtilə işçinin aylıq gəlirindən vergi və sosial tutulmaları isə belə hesablanır:

S/n

Aylıq gəliri

Gəlir vergisi

MDSS 3%

İşsizlikdən sığorta 0,5%

İcbari tibbi sığorta 2%

Cəm tutulmalar

Karta köçürülən məbləğ

MDSS 22% (işə götürən)

İşsizlikdən sığorta 0.5% (işə götürən)

İcbari tibbi sığorta 2% (işə götürən)

1

1000,00

112,00

30,00

5,00

20,00

167,00

833,00

220,00

5,00

20,00

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?