VÖEN-siz fəaliyyət göstərən fiziki şəxslərin xidmət haqqından tutulmalar

2021.07.17 10:14 (UTC+04:00)

Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin mülki hüquqi müqavilələrlə göstərdikləri xidmətlərə görə gəlirlərindən tutulmalar Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir:

Misal: 1 iyul 2021-ci il tarixində vergi orqanında uçotda olmayan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanıb. Bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları necə hesablanılacaq?

Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq fiziki şəsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi tutulur. Mülki-hüquqi xidmət müqaviləsi bağlanarkən əmək kitabçası açılmasına ehtiyac olmadığı və həmin müqavilə üzrə iş əsas iş yeri sayılmadığı üçün aylıq gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat çıxılma edilmir.
Yuxarıda göstərilən misalda aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı “Sosial Sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq aylıq gəlirin 25%-i həcmində tutulur:

S/n

Aylıq gəliri

(manat)

Gəlir vergisi

MDSS 25%

İşsizlikdən sığorta

İcbari tibbi sığorta

Cəmi tutulmalar

Karta köçürülən məbləğ

1

1000,00

140,00

250,00

0,00

20,00

410,00

590,00

Mülki-hüquqi xidmət müqaviləsi bağlanılarkən aylıq gəlirdən “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə uyğun olaraq aylıq gəlirin 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Büdcə təşkilatında əmək müqaviləsi bağlamaq şərtilə işçinin aylıq gəlirindən vergi və sosial tutulmaları isə belə hesablanır:

S/n

Aylıq gəliri

Gəlir vergisi

MDSS 3%

İşsizlikdən sığorta 0,5%

İcbari tibbi sığorta 2%

Cəm tutulmalar

Karta köçürülən məbləğ

MDSS 22% (işə götürən)

İşsizlikdən sığorta 0.5% (işə götürən)

İcbari tibbi sığorta 2% (işə götürən)

1

1000,00

112,00

30,00

5,00

20,00

167,00

833,00

220,00

5,00

20,00