24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin sosial ödənişi necə hesablanır?

Fiziki şəxslərin sosial ödənişlərinin məbləği həm ərazilərə görə, həm də fiziki şəxsin fəaliyyət sahəsinə görə dəyişir. Qanunvericiliyin tələbini iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində göstərilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Regionlar üzrə ödəniş miqdarı isə belə müəyyən edilib:

- Bakı şəhərində əməkhaqqının 100 faizi;

- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

- digər şəhərlərdə 80 faizi;

- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

- kənd yerlərində 50 faizi.

Ticarət sahələrində fəaliyyət göstərən sahibkarlar hər ay minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Regionlardan asılı olaraq ödənişin miqdarı dəyişir. Belə ki, ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuz şəhərində) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 1: Fiziki şəxs Zaqatala şəhərində ticarətlə məşğul olur. Azərbaycanda minimum aylıq əməkhaqqının miqdarı bu il üçün 250 manat müəyyən edilib. Həmin şəxsin aylıq sosial sığorta ödənişi belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 80% = 50 manat

Əgər həmin şəxs Zaqatalada tikinti sektorunda çalışarsa, 100 manat sosial sığorta haqqı ödəməlidir:

250 x 50% = 125 manat
125 x 80% = 100 manat

Misal 2: Fiziki şəxs Zaqatala rayonunun Qımır kəndində ticarətlə məşğul olur. Onun aylıq məcburi dövlət sosial sığorta ödənişi belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 50% = 31.50 manat.

Əgər fiziki şəxs kənddə tikinti ilə məşğul olarsa, 62,50 qəpik aylıq sosial sığorta haqqı ödəməlidir:

250 x 50% = 125 manat
125 x 50% = 62,50 manat

Misal 3: Fiziki şəxs Gəncədə xidmət sektorunda çalışır. Onun aylıq məcburi sosial sığorta ödənişinin məbləği belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 90% = 56,25 manat.

Misal 4: Sumqayıtda tikinti ilə məşğul olan fiziki şəxsin aylıq məcburi dövlət sosial sığorta ödənişi 112,50 manat olacaq:

250 x 50% = 125 manat
125 x 90% = 112,50 manat.

Xatırladaq ki, sahibkarlıqla məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqı ilə yanaşı, hər ay icbari tibbi sığorta haqqı ödəməlidir. Onun məbləği minimum aylıq əməkhaqqının 4 faizi həcmindədir:

250 x 4% = 10 manat.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?