16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcarədə olan binanın təmir xərclərinin hesablanması

İnzibati binası olmayan bir sıra qurumlar əməkdaşlarının iş şəraitinin təmin edilməsi məqsədilə binaları icarəyə götürürlər. Adətən bu binalarda təmir işləri həyata keçirilir. Bəs həmin xərclər hansı qaydada hesablanır?

Suala aydınlıq gətirən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, həmin hesablaşmalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Q-19 nömrəli Qərarının 4.7-ci bəndi ilə tənzimlənir.

Misal: Tutaq ki, büdcə təşkilatı Bakı şəhərində aylıq ödənişi 3.500 manat olan (illik 42.000 manat) binanı icarəyə götürüb. İcarəyə götürülən binada iş şəraitinin əlverişli olmaması səbəbindən icarəyə götürən tərəfindən 15.000 manat məbləğində təmir işləri görülüb. Bu halda sərf olunmuş 15.000 manatlıq təmir işləri uçotda neçə əks olunacaq və vəsaiti kim ödəməlidir?

Qeyd edək ki, icarəyə verənlə bağlanmış müqavilə şərtələrinə uyğun olaraq icarəyə götürülmüş bina əsas fond olaraq uçota alınmayacaq. Yuxarıda qeyd edilən misalda sərf olunmuş təmir məsrəflərinin uçotda əks olunması iki üsulla aparılır:

1. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir və təmir işlərinin məbləği icarəyə verən tərəfindən ödənilir.

2. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin məbləği icarə haqqının azaldılması yolu ilə icarəçinin öz vəsaitləri hesabına aparılır.

Təmir işləri üzrə məbləğlərin ödənişi icarə haqqının azaldılması yolu ilə aparılmaqla uçota alındıqda aşağıdakı mühasibat yazılışları verilir:

Təmir məbləği:

DT – 143 (verilmiş qısamüddətli avanslar) – 15.000 manat

KT – 103 (bankda olan hesablaşma hesabları) – 15.000 manat

Aylıq icarə məbləği:

DT – 122-9 (sair məsrəflər, icarə xərci) – 3.500 manat

KT – 309 (digər qısamüddətli kreditor borclar, icarə üzrə) – 3.500 manat

İcarə məbləği azaldılır:

DT - 309 (digər qısamüddətli kreditor borclar, icarə üzrə) – 3.500 manat

KT - 143 (verilmiş qısamüddətli avanslar) – 3.500 manat.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?