9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda vergilər və şəffaflıq məsələləri müzakirə edilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) rəsmi saytında Azərbaycanın Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forumla bağlı məqalə nəşr olunub. Məqalədə deyilir:

Azərbaycan Respublikası Vergilər Nazirliyi 2019-cu il fevralın 18-də Bakı şəhərində keçirilmiş ənənəvi illik forumunu keçirdi. Builki forum "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusuna həsr edilmişdi. Vergilər naziri cənab Mikayıl Cabbarov Azərbaycanda aparılan son vergi islahatları barədə təqdimat etdi. Qeyd olundu ki, bu islahatlar daha çox "kölgə iqtisadiyyatı" ilə mübarizəyə, vergidən yayınmanın aradan qaldırılmasına, bizneslə səmimi münasibətlərin qurulmasına və bütövlükdə ədalətli vergi sisteminin yaradılmasına yönəldilib. O, islahatların həyata keçirilməsi prosesində vergi ödəyicilərinin ehtiyaclarının və narahatlıqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb. Vergilər naziri, həmçinin, məhkəmə çəkişmələrinin sayının azaldılması və vergi qanunvericiliyinə əməl edilməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılmasının zəruriliyini bəyan edib.

Forumda spiker kimi iştirak edən IOTA-nın icra katibi cənab Miguel Silva Pinto Vergilər Nazirliyinin IOTA ilə 17 ildir davam edən əməkdaşlığına görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan tərəfi IOTA İcraiyyə Şurasında üç dəfə ardıcıl mandat (2013-2016) qazanıb, bir sıra tədbirlər keçirib və təşkilatın layihələrində yaxından iştirak etməklə onun fəaliyyətinə müsbət töhfələrini verir.

Forum çərçivəsində vergilər naziri və icra katibi arasında görüş keçirilib, iki qurum arasında əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb. Daha sonra icra katibi Vergilər Nazirliyinin Çağrı Mərkəzini və "ASAN Kommunal" qurumunu ziyarət edib. Burada dövlət xidmətləri (vergi qeydiyyatı və elektron imza daxil olmaqla) "vahid pəncərə" vasitəsilə təqdim edilir.

https://www.iota-tax.org/news/taxes-and-transparency-under-debate-baku

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?