6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
28 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən edilib

28 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Xətai rayonu ərazisndə fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı “Sema-Zen” MMC-yə məxsus eyni adlı restoranda 14 nəfər və Axundov Cəfər Musa oğluna məxsus ”İskəndərçi” restoranında 14 nəfər olmaqla, ümumilikdə 28 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş hər iki vergi ödəyicisi barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. Əmək müqaviləsinin bağlanması işçilərin əmək və sosial hüquqlarının rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təmin edilməsinə imkan verir. Dövlət Vergi Xidməti əmək müqavilələrinin bağlanması sahəsində nəzarət tədbirlərini davam etdirəcəkdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?