14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari vergi ödənişləri

Cari vergi ödənişlərinin hesablanmasında hansı metodun seçilməsi, bu barədə vergi orqanlarına məlumat verilməsi kimi sual doğuran məqamlar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Cari vergi ödənişlərinin hesablanması və ödənilməsi Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir. Bu maddə həmin hesablamaların birinci və ikinci metodunun, həmçinin yeni vergi ödəyiciləri və keçmiş ildə fəaliyyəti olmayan vergi ödəyiciləri üçün cari vergi ödənişlərinin hesablanma qaydalarını təyin edir.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cari vergi ödənişlərinin hesablanmasında tətbiq edilən birinci metod keçmiş ilin mənfəət (gəlir) vergisinin ¼ hissəsinin ödənilməsini əhatə edir.

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən tətbiq edilən ikinci metodun mahiyyəti isə cari vergi ödənişlərin məbləğinin bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsalın hasili kimi hesablanmasından ibarətdir.

Vergi Məcəlləsinin 151.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi hər ilin aprel ayının 15-nə kimi il ərzində bu iki metoddan hansını cari vergi ödənişlərinin hesablanmasında tətbiq edəcəyini seçir və vergi orqanlarına bu seçim barədə məlumat verir. Vergi ödəyicisi bu məlumatı vermədikdə vergi orqanları onun cari vergi ödənişlərini birinci metod (151.1) əsasında hesablayırlar. Bu isə vergi ödəyicisi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Məsələn, tutaq ki, hər hansı şirkətin 2020-ci il ərzində 20.000 manat gəliri, 5.000 manat da gəlirdən çıxılan xərci olub və bu şirkət 15.000 manat mənfəətdən 3.000 manat mənfəət vergisi ödəyib. 2021-ci ilin birinci rübündə cəmi 2.000 manat gəlir əldə edən şirkətin mühasibi 15 aprel 2021-ci il tarixinə kimi “Cari vergi ödənişləri haqqında Arayışı” təqdim etmədiyi üçün vergi orqanı şirkətin cari vergi ödənişlərini birinci metodla hesablayır: 3000/4=750 manat.

Bu məbləği şirkət birinci metodla, həm də ilin digər rüblərində gəlirin əldə edilib-edilməməsindən asılı olmayaraq ödəməli olacaq. Lakin şirkətin mühasibi arayışı vaxtında təqdim edib, vergi orqanlarına ikinci metodu seçdiyini bildirsəydi, onun cari vergi ödənişləri cəmi 2000 * (3000/20000) = 300 manat təşkil edəcəkdi.

Bu misal “Cari vergi ödənişləri haqqında Arayış”ın təqdim edilməsinin vacibliyini, xüsusilə həmin arayışın ilin birinci rübü üzrə təqdim edilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Sözsüz ki, bəzi hallarda vergi ödəyicisinə birinci metoddan istifadə etmək daha sərfəli ola bilər, sadəcə hər bir halda vergi ödəyicisinin hansı metoddan istifadə edəcəyini özü qərara almalı, öz məsuliyyətini vergi orqanına həvalə etməməlidir.

Keçmiş ildə fəaliyyəti olmayan və ya cari ildə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslər cari vergi ödənişlərini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablayıb ödəyirlər. Bu metoda əsasən, cari vergi ödənişləri rübün nəticəsi əsasında artan yekunla hesablanmış mənfəət (gəlir) vergisinin 75 faizindən az ola bilməz.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?