25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki verilməlidirmi?

Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki verilməlidirmi?

Fərdi sahibkar malları pərakəndə ticarət obyektində satmaqla yanaşı, onlayn verilən sifarişlər üzrə də malların fiziki şəxslərə çatdırılaraq satılmasını həyata keçirir. Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə satış malların alıcıya satışının son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində və ya obyektlərdə malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Həmçinin pərakəndə ticarət qaydasında internet üzərindən təqdim edilmiş mallara görə hər bir alıcıya ayrıca nəzarət-kassa aparatının çeki verilməlidir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?