8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezidentin rezident müəssisəyə göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə vergi öhdəliyi varmı?

Qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq, ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən, qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?