19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturaların növləri dəqiqləşdirilib

Nazirlər Kabineti “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev dəyişikliyi şərh edərək bildirib ki, indiyədək elektron qaimə-fakturanın tərkibi, bölmələri, uçotunun aparılması dəqiq göstərilsə də, növləri dəqiq müəyyənləşdirilməmişdi.

“Əvvəllər bu məsələlər Vergilər Nazirliyinin təlimatı ilə tənzimlənirdi. İlk dəfə AVİS sistemində 5 növ elektron qaimə-faktura tətbiq olunurdu. Sonralar isə həmin sənədin istifadəsi zamanı məlum oldu ki, fəaliyyət sahələrindən asılı olaraq 9 növ qaimə-fakturaya ehtiyac var. Yeni qaydalarda onların hər birinin adı təsdiq edilib:

- malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

- malların qaytarılması barədə;

- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən;

- malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;

- agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;

- agent tərəfindən malların vəkalətverənə qaytarılması barədə;

- malların emala verilməsi barədə;

- emal prosesi keçmiş malların qaytarılması barədə;

- Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən.

Əvvəllər malın qaytarılması ilə bağlı elektron qaimə-faktura tətbiq edilsə də, malın qaytarılması ilə bağlı dəqiqləşdirilmə üzrə qaimə-faktura verilməsi mümkün olmurdu. Dəyişiklikdə Vergi Məcəlləsinin 163-cü və 177.5-ci maddəsinin tələbləri nəzərə alınıb”.

Xatırladaq ki, elektron qaimə-fakturaların tətbiqi sahibkarların gəlir və xərcləri üzrə dövriyyəsi, ödəmələri, habelə həyata keçirilən ödəmələrin mənbəyi ilə bağlı məlumatların vahid sistemdə toplanmasına imkan verir. Elektron qaimə-fakturaların tətbiq olunması ilə sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə ehtiyac qalmır. Bu isə hər şeydən əvvəl sahibkarların maraqlarına uyğundur: elektron qaimə-fakturaların tətbiqi vergi ödəyicilərinin faydalı iş əmsalını yüksəldir, əmək məsrəflərini azaldır.

Fərqanə ALLAHVERDİQIZI

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?