6 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiya təşviqi sənədinin ləğvindən sonra yaranmış vergi öhdəliyi

2018-ci il fevralın 1-də investisiya təşviqi sənədi almış müəssisə həmin ilin yekunlarına görə mənfəətlə işləyib və vergi azadolmasından yararlanıb. Monitorinq nəticəsində investisiya təşviqi sənədi ləğv edilərsə, bu zaman müəssisənin vergi öhdəliyi yaranırmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya olunmadıqda, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda investisiya təşviqi sənədi ləğv olunduqda, vergilər üzrə faizlərin ödənilməsi istisna edilməklə, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən olunmuş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi almış şəxslər tərəfindən yerinə yetirilir. Yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti tədbiri zamanı qeyd olunan hal aşkar edildiyi halda, yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsi, 67-2.4-cü maddə

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?