İnvestisiya təşviqi sənədinin ləğvindən sonra yaranmış vergi öhdəliyi

2019.02.21 18:15 (UTC+04:00)

2018-ci il fevralın 1-də investisiya təşviqi sənədi almış müəssisə həmin ilin yekunlarına görə mənfəətlə işləyib və vergi azadolmasından yararlanıb. Monitorinq nəticəsində investisiya təşviqi sənədi ləğv edilərsə, bu zaman müəssisənin vergi öhdəliyi yaranırmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya olunmadıqda, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda investisiya təşviqi sənədi ləğv olunduqda, vergilər üzrə faizlərin ödənilməsi istisna edilməklə, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən olunmuş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi almış şəxslər tərəfindən yerinə yetirilir. Yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti tədbiri zamanı qeyd olunan hal aşkar edildiyi halda, yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsi, 67-2.4-cü maddə