11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: "IOTA-ya üzv ölkələrlə məlumat mübadiləsi böyük önəm daşıyır"

Bu gün Bakıda Avropdaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forumu işə başlayıb. IOTA-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi forumda 29 ölkədən 54 ekspert iştirak edir.

Forum zamanı jurnalistlərin suallarını cavablandıran vergilər naziri Mikayıl Cabbarov tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib. Nazir bildirib ki, bu tədbir üzv ölkələr arasında məlumat mübadiləsinin faydalılığının təhlili, əldə edilən nəticələrin və iş prosesinin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir. Mikayıl Cabbarov forumun Bakıda təşkil olunmasını, Azərbaycan Respublikası Vergilər Nazirliyinin bu sahədə fəal əməkdaşlıq edən bir orqan kimi tanınmasını həm də ölkəmizə olan beynəlxalq inamın ifadəsi kimi dəyərləndirib: "Bu gün Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkə kimi tanınır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyası və əməkdaşlığı çərçivəsində qəbul edilir və inanırırıq ki, bu, vergi sistemimizə də böyük fayda verəcək".

Vergilər naziri qeyd edib ki, müasir dünyada bir çox vergi ödəyiciləri, xüsusilə böyük şirkətlər öz fəaliyyətlərini müxtəlif ölkələrdə həyata keçirirlər. Bu baxımdan, IOTA-ya üzv ölkələrlə məlumat mübadiləsi böyük önəm daşıyır: "Hər bir ölkənin vergi qanunvericiliyi çərçivəsində aidiyyəti vergi orqanları üçün maraq kəsb edə bilən məlumatların mübadiləsi ikitərəfli və çoxtərəfli əsasda bağlanmış beynəlxalq müqavilələrlə tənzimlənir. Bu forumda həmin müqavilələrin nəticəsində əldə edilən məlumatların təhlili və ondan səmərəli istifadə olunması, vergi bazasının düzgün müəyyənləşdirilməsi, vergilərin ödənilməsində şəffaflığın təmin edilməsi, bərabərliyin təmin olunması, artıq vergilərin ödənilməməsi, yaxud ödənilməyən vergilərin düzgün ödənilməsinin təmin edilməsi kimi məsələləri müzakirə edəcəyik".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?