13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi testləri YENİ

vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.

1. ƏDV ödəyicisi olan şəxs hesabat dövründə 6000 manat dəyərində ƏDV-dən azad olunan əməliyyat və 4000 manat dəyərində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyat aparmışdır. Həmin şəxs tərəfindən hesabat dövründə ƏDV-dən azad olunan əməliyyatların aparılması üçün ƏDV-dən azad edilməklə alınmış malların dəyəri 1000 manat, ƏDV-yə cəlb olunan əməliyyatların aparılması üçün ƏDV ödənilməklə alınmış malların dəyəri isə 3000 manat olmuşdur. Qeyd olunan malların uçotu ayrı-ayrılıqda aparılmışdır. Eyni zamanda şəxsin hər iki əməliyyatlara aid olan icarə haqqı, enerji və kommunal xidmətlər üzrə xərclərinin 2000 manat olduğunu nəzərə alaraq, dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin məbləğini müəyyənləşdirin. Qeyd olunan məbləğlərə ƏDV daxil deyil. Qeyd: şəxs tərəfindən mallar elektron qaimə-faktura əsasında, əməliyyatın dəyəri nağdsız qaydada, ƏDV məbləği isə ƏDV depozit hesabına köçürülməklə əldə edilmişdir.

A) 180 manat
B) 270 manat
C) 36 manat
D) 216 manat

2. Vergi orqanında uçota alınmayan müharibə əlili olan fiziki şəxs müqavilə əsasında büdcə təşkilatı üçün fevral ayı ərzində 2.700 manat məbləğində iş görmüşdür. Fiziki şəxsin gəlirindən ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin məbləğini hesablayın.

A) 400 manat
B) 378 manat
C) 270 manat
D) vergidən azaddır

3. 2019-cu ildə gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə 2020-ci ildə hesablama metodunu seçmişdir. Müəssisə 01.06.2019-cu il tarixində fərdi sahibkar fiziki şəxsdən aylıq icarə haqqı 500 manat olmaqla 1 (bir) il müddətinə icarəyə götürdüyü əmlaka görə 01.01.2020-ci il tarixə yaranmış 1500 manat kreditor borcunu 2020-ci ildə ödəmişdir. Müəssisənin 31.12.2020-ci il tarixə icarə üzrə 500 manat kreditor borcunun yarandığını nəzərə alaraq, 2020-ci il üçün ödənilən icarə haqqından ödəmə mənbəyində tutulmalı olan verginin məbləğini hesablayın.

A) 560 manat
B) 490 manat
C) 350 manat
D) 280 manat

4. ƏDV ödəyicisi olan fiziki şəxs 2021-ci ilin iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçısından birinin qiyməti 200 manat olmaqla 100 baş özləri tərəfindən Azərbaycan Respublikası ərazisində istehsal olunmuş qoyun və qoyunların yemlədilməsi üçün 3000 manat dəyərində yem almışdır. Fiziki şəxs 60 baş qoyunu 25 faiz ticarət əlavəsi ilə əhaliyə diri şəkildə, 40 baş qoyunu isə 25 faiz ticarət əlavəsi ilə əhaliyə kəsilmiş şəkildə təqdim etmişdir. Fiziki şəxs alınmış yemin 2000 manat dəyərində olan hissəsini qoyunların yemlənməsi üçün istifadə etmişdir. Yemin 1000 manat dəyərində olan hissəsini isə 20 faiz ticarət əlavəsi ilə elektron qaimə-faktura təqdim edilməklə topdan ticarət müəssisəsinə satmışdır. Fiziki şəxs iyul ayında yuxarıda qeyd olunan əməliyyatların aparılması üçün nağdsız qaydada ƏDV məbləğini ƏDV depozit hesabına ödəməklə 3000 manat dəyərində xidmət almışdır. Alınmış xidmətlərin hesabat dövrü ərzində aparılan əməliyyatlar arasında uçotunun ayrı-ayrılıqda aparılması mümkün olmamışdır. Fiziki şəxsin hesabat dövründə aparılmış əməliyyatlarla bağlı hesabat dövrünün sonuna debitor borcu yaranmamışdır. Qeyd olunan məbləğlərə ƏDV daxil deyil. Fiziki şəxsin dövlət büdcəsinə ödəməli olduğu ƏDV məbləğini (yüzdə bir dəqiqliklə) hesablayın.

A) 425,92
B) 632,75
C) 325,60
D) 892,35

5. Mikro sahibkarlıq subyekti olan müəssisə cari ilin əvvəlinə qalıq dəyəri sıfıra bərabər olan tikilinin təmirinə 5.000 manat xərc çəkmişdir. Vergitutma məqsədləri üçün təmir xərcinin cari ilin gəlirindən çıxılmasına yol verilən məbləğini hesablayın.

A) 250 manat
B) 100 manat
C) 150 manat
D) çıxılmır

Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?