16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi testləri YENİ

“vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.

1. Fərdi sahibkar rezident yükdaşıma şirkətinə beynəlxalq yükdaşıma xidmətinə görə 10000 manat ödəmişdir. Rezident şirkətin gəlirindən ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin məbləğini müəyyən edin.

A) 600 manat
B) 400 manat
C) vergi tutulmur
C) 2000 manat

2. Neft sektorunda əlavə iş yeri üzrə çalışan fiziki şəxs Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmaqla yanaşı, məcburi köçkün statusuna malikdir və II qrup əlildir. Onun aylıq əməkhaqqı 9800 manat təşkil edir. Fiziki şəxsin gəlirinin 5000 manatını 4 il müddətinə bağlanmış müqavilə ilə həyatın yığım sığortasına yönəltdiyini nəzərə alaraq, fiziki şəxsin gəlirindən ödəmə mənbəyində tutulan verginin məbləğini müəyyənləşdirin.

A) 616 manat
B) 950 manat
C) 900 manat
D) 825 manat

3. Vətən Müharibəsi Qəhrəmanının xüsusi mülkiyyətində olan Bakı şəhəri 1-ci zonada ümumi sahəsi 260 kvadratmetr yaşayış sahəsinə görə ödəməli olduğu əmlak vergisi məbləğini hesablayın.

Qeyd: yaşayış sahəsi kirayəyə verilməyib, sahibkarlıq və ya kommersiya məqsədləri üçün istifadə edilmir.

A) 62 manat
B) 74 manat
C) 92 manat
D) vergidən azaddır

4. ƏDV ödəyicisinin hesabat dövründə ƏDV ilə birlikdə ümumi dövriyyəsi 47630,0 manat olub və təqdim etdiyi elektron qaimə-fakturalarında göstərilməli olan ƏDV-nin məbləği 3540,5 manat təşkil edir. Həmin hesabat dövründə vergi ödəyicisi 12300,0 manat dəyərində ƏDV-dən azad olunan əməliyyat aparıb. Vergi ödəyicisinin ƏDV-yə 0 (sıfır) dərəcəsi ilə cəlb olunan əməliyyatlarının dəyərini hesablayın.

A) 15660,5 manat
B) 31789,5 manat
C) 24420,0 manat
D) 12120,0 manat

5. Müəssisə may ayında hasil etdiyi 90 kubmetr duz üçün dövlət büdcəsinə nə qədər mədən vergisi ödəməlidir?

A) 450
B) 540
C) 360
D) vergi tutulmur

Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?