Vergi̇ testləri̇ YENİ
“vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.
1. Mikro sahibkarlıq subyekti hesab edilən müəssisə ümumi kapitalı 18000 manat olan tək təsisçisi olduğu digər müəssisədə 2 il mülkiyyətində olan, nominal dəyəri 1000 manat olan 5 iştirak payından 1 ədəd payı 3000 manata təqdim etmişdir. Müəssisənin iştirak payının satışından ödəməli olduğu mənfəət vergisinin məbləğini müəyyənləşdirin.
A) 520 manat
B) 130 manat
C) 100 manat
D) 400 manat
2. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən 2023-cü ilin aprel ayında hüquqi şəxsə 70000 manat dəyərində qara metal qırıntıları təqdim edilmişdir. Hüquqi şəxs tərəfindən qeyd olunan malların alışı zamanı fiziki şəxsə ödəmə həyata keçirilərkən ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin məbləğini hesablayın.
A) 1400 manat
B) 3500 manat
C) vergi tutulmur
D) 2450 manat
3. ƏDV ödəyicisi olan fiziki şəxsin hesabat dövrünün əvvəlinə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə A müəssisəsi qarşısında alınmış avanslar üzrə kreditor borcunun məbləği 50000 manat, hesabat dövrünün sonuna isə 40000 manat olmuşdur. Fiziki şəxs A müəssisəsinə hesabat dövrü ərzində 180000 manat dəyərində mal təqdim etmişdir. Fiziki şəxsin hesabat dövrünün əvvəlinə və sonuna debitor borcu olmamışdır. Fiziki şəxs hesabat dövründə digər şəxslərdən ƏDV tutulan əməliyyatların aparılması üçün 100000 manat dəyərində mal almışdır (malın dəyəri nağdsız qaydada, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilmişdir). Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Hesabat dövrü üçün fiziki şəxsin dövlət büdcəsinə ödəməli olduğu ƏDV-nin məbləğini hesablayın.
A) 12600 manat
B) 52200 manat
C) 14400 manat
D) 11200 manat
4. Orta sahibkarlıq subyekti olan müəssisə cari ilin əvvəlinə qalıq dəyəri 80000 manat olan binanın təmirinə 2500 manat xərc çəkmişdir. Həmin binanın cari ilin sonuna amortizasiya çıxıldıqdan sonra qalıq dəyərini hesablayın.
A) 68800 manat
B) 69574 manat
C) 75237 manat
D) 64000 manat
5. Müəssisə hesabat dövründə 4800 litr içməli spirt istehsal etmiş və onun 2200 litrini istehsal binasının hüdudlarından kənara buraxmışdır. Hesablanmalı olan aksiz vergisinin məbləğini müəyyən edin.
A) 19200 manat
B) 8800 manat
C) 15000 manat
D) 13200 manat
Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev