Vergi testləri YENİ
“vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.
1. Fiziki şəxsin satış məqsədi üçün 2022-ci ildə idxal etdiyi, mühərrikinin həcmi 3500 kubsantimetr və istehsal tarixi 10 il olan benzin mühərrikli minik avtomobilinə görə dövlət büdcəsinə ödəməli olduğu aksiz vergisinin məbləğini hesablayın.
A) 12100 manat
B) 18150 manat
C) 14520 manat
D) 16720 manat
2. Vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxs tərəfindən hüquqi şəxsə 2023-cü ilin fevral ayında 30000 manata qiymətli daşlar təqdim edilmişdir. Hüquqi şəxs tərəfindən qiymətli daşların dəyəri fiziki şəxsə ödənilən zaman ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin məbləğini hesablayın.
A) 600 manat
B) vergi tutulmur
C) 1500 manat
D) 1200 manat
3. Mikro sahibkarlıq subyekti fiziki şəxs tək təsisçisi olduğu müəssisədə 2 il mülkiyyətində olan, birinin nominal dəyəri 1000 manat olan 5 iştirak payından 1 ədəd payı 3000 manata təqdim etmişdir. Təqdimetmənin həyata keçirildiyi tarixə müəssisənin ümumi kapitalı 18000 manat təşkil edir. Fiziki şəxsin iştirak payının satışına görə ödəməli olduğu gəlir vergisinin məbləğini hesablayın.
A) 130 manat
B) 91 manat
C) 520 manat
D) 364 manat
4. 2021-ci ildə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparan müəssisə 2022-ci ildə kassa metodunu seçmişdir. Müəssisə 01.05.2021-ci il tarixində aylıq icarə haqqı 800 manat olmaqla 1 (bir) il müddətinə icarəyə götürdüyü daşınan əmlaka görə 01.01.2022-ci il tarixə yaranmış 1500 manat kreditor borcunu 2022-ci ildə ödəmişdir. Eyni zamanda 01.08.2022-ci il tarixdə aylıq icarə haqqı 600 manat olmaqla 1 il müddətinə icarəyə götürdüyü daşınmaz əmlaka görə digər şəxsə 2022-ci ildə 5000 manat icarə haqqı ödəmişdir. Müəssisənin 31.12.2022-ci il tarixə kreditor borcunun olmadığını nəzərə alaraq 2022-ci il üçün vergitutma məqsədləri üçün icarə xərcinin məbləğini müəyyənləşdirin.
A) 6200 manat
B) 9700 manat
C) 8200 manat
D) 7700 manat
5. Fiziki şəxs Xırdalan şəhərində yerləşən və ümumi sahəsi 20 sot olan ticarət təyinatlı torpaq sahəsini təqdim edərsə, fiziki şəxsin gəlirindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin məbləğini hesablayın.
A) 1300 manat
B) 1800 manat
C) 1950 manat
D) 1500 manat
Tərtib etdi: Sərbəst auditor Elşad Hacaliyev