Vergi testləri CAVABLAR
“vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən testlərin (https://vergiler.az/news/taxes/24925.html) əsaslandırılmış cavablarını təqdim edir.
1. Fiziki şəxsin satış məqsədi üçün 2022-ci ildə idxal etdiyi, mühərrikinin həcmi 2500 kubsantimetr və istehsal tarixi 12 il olan dizel mühərrikli minik avtomobilinə görə dövlət büdcəsinə ödəməli olduğu aksiz vergisinin məbləğini hesablayın.
Cavab: 3150 manat
Həlli: 600+500*5=2100*1,5=3150
Əsaslandırma: Vergi Məcəlləsinin 182.2, 190.1, 190.4.1, 190.4.1-1-ci maddələri
2. Neft-qaz sektoruna aid olmayan qeyri-dövlət sektorunda əlavə iş yeri üzrə çalışan şəxs Azərbaycan Respublikasının Milli Qəhrəmanı olmaqla yanaşı, eyni zamanda məcburi köçkün statusuna malikdir və II qrup əlildir. Onun aylıq əməkhaqqı həmin iş yerində 9500 manat təşkil edir. Qanunla müəyyən edilmiş güzəştləri nəzərə almaqla ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin məbləğini hesablayın.
Cavab: 210 manat
Həlli: 9500 – 8000=1500 * 14% = 210 manat
Əsaslandırma: Vergi Məcəlləsinin 101.1-1, 101.1-3, 102.8-ci maddələri
3. Müəssisənin mülkiyyətində Astara rayonunda 6 hektar kənd təsərrüfatında əkinə yararlı olan, lakin sənaye məqsədi üçün istifadə etdiyi torpaq sahəsinə görə ödəməli olduğu torpaq vergisinin məbləğini hesablayın.
Cavab: 1200 manat.
Həlli: 60000/100*2=1200
Əsaslandırma: Vergi Məcəlləsinin 206.1-ci maddəsi
4. Fiziki şəxs Şəki şəhərində yerləşən, ümumi sahəsi 4000 kvadratmetr olan sənaye təyinatlı torpaq sahəsini təqdim edərsə, fizki şəxsin gəlirindən ödəmə mənbəyində tutulmalı olan sadələşdirilmiş verginin məbləğini hesablayın.
Cavab: 2880 manat.
Həlli: 4000*0,5*1,2*1,2= 2880
Əsaslandırma: Vergi Məcəlləsinin 220.8, 220.8.1, 220.8-2-ci maddəsi
5. 2020-ci ildə mənfəət vergisinin ödəyicisi olan müəssisənin (mikro sahibkarlıq subyekti) 2020-ci ilin 1-ci rübündə mənfəəti 8000 manat, 2 rüb üzrə (1-ci və 2-ci rüb) mənfəəti 10000 manat, 3 rüb üzrə (1-ci , 2-ci, 3-cü rüb) mənfəəti 20000 manat olmuşdur. Müəssisənin 1-ci və 2-ci rüb üzrə cari vergi ödəmələri üzrə yaranmış öhdəliklərini Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə yerinə yetirdiyini nəzərə alaraq 3-cü rüb üzrə cari vergi ödəməsinin minimum məbləği hesablandıqdan sonra büdcə qarşısında cari vergi ödəmələri üzrə öhdəliyini (ödəməli olduğu cari vergi məbləğini) müəyyənləşdirin.
Cavab: 375 manat
Həlli: 10000*5%=500*75% = 375, 20000*5%=1000*75%=750, 750-375=375
Əsaslandırma: Vergi Məcəlləsinin 151.5-ci maddəsi
CAVABLAR:
1. B
2. A
3. C
4. A
5. D