10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Sığortalı gələcək" təşviqat proqramı davam edir

"Sığortalı gələcək" təşviqat proqramı davam edir

Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Könüllülük Məktəbi" və Azərbaycan Mərkəzi Bankının (AMB) birgə təşkilatçılığı ilə "Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)" çərçivəsində reallaşdırılan "Sığortalı gələcək" təşviqat proqramı həyata keçirilir.

AMB-dən bildirilib ki, proqram "ASAN xidmət" mərkəzlərində müddətli fəaliyyət göstərən könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini və vətəndaşların bu sahədə maarifləndirilməsini nəzərdə tutur. Proqramda iştirak etmək hüququ qazanmış könüllülər ilk mərhələdə sığorta mütəxəssisləri və agentliyin təlimçiləri tərəfindən keçirilən 2 həftəlik təlim kursunda iştirak edir, sonrakı mərhələdə isə Bakıda yerləşən "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərirlər.

Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında sığorta üzrə sorğuların keçirilməsidir.

Bu günədək proqram çərçivəsində 2 qrup olmaqla 80-dən çox "ASAN könüllü"sü tərəfindən 16 mindən çox sorğu götürülüb və vətəndaşlar məlumatlandırılıb. "Sığortalı gələcək" təşviqat proqramının iştirakçısı olan ASAN könüllülərinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə "Sığorta könüllüləri layihəsi" üzrə növbəti qruplar cari ildə Bakı şəhəri ilə yanaşı, regionlarda da fəaliyyət göstərəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?