6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xocalıda Azərbaycana 4 milyard manatdan çox ziyan dəyib

Xocalı soyqırımı xalqımıza elə bir mənəvi zərbə vurub ki, hələ uzun illər onun təsirini hiss edəcəyik. Mədəni sərvətlərimizin qəsb edildiyi Xocalıda maddi cəhətdən də çox şey itirdik.

Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü Faiq İsmayılovun sözlərinə görə, Ermənistanın silahlı təcavüzü nəticəsində Xocalıdakı təsərrüfat subyektlərinə, fərdi şəxslərin mülkiyyətinə 4 milyard manatdan çox ziyan dəyib və bu rəqəm hər il artır: "Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonunun bazasında yaradılıb. Ərazisi 926 kvadratkilometr, əhalisi 23 min 700 nəfər olan Xocalı rayonunda 54 yaşayış məntəqəsi: Xocalı şəhəri, 2 qəsəbə və 51 kənd mövcud olub. İşğal nəticəsində 800 birmərtəbəli, 850 ikimərtəbəli fərdi yaşayış evi, eləcə də yardımçı binalar, iri və xırda buynuzlu mal-qara, ev quşları, 980 yeşik arı ailəsi, ev və məişət əşyaları, meyvə ağacları və sair əmlak talan edilib. İşğal nəticəsində 31 sənaye, 15 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 1 sovxoz, 3 kolxoz, 1 arıçılıq birliyi, 5 rabitə obyekti, bir toxuculuq və iki tikiş fabriki, Bakı Ağır Dəzgahqayırma Zavodunun filialı, 56 mədəniyyət, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 21 klub, 29 kitabxana, 3 uşaq bağcası, 3 mədəniyyət evi, 1 tarix-diyarşünaslıq muzeyi, Bakı Maliyyə-Kredit Texnikumunun filialı əmlakı ilə birlikdə dağıdılıb. İşğal nəticəsində təkcə Xocalı şəhərində 105 sosial-məişət obyekti məhv edilib.

Xocalı əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu. Təxmini hesablamalarımıza əsasən, bir ailə təsərrüfatı il ərzində təxminən 3 min manat gəlir əldə edirdi. Lakin Xocalı əhalisi artıq 28 ildir öz təsərrüfatlarından əldə etdikləri gəlirlərdən məhrum olub. Bütün bunlara işğalçı Ermənistan dövləti cavabdehlik daşıyır. Ona görə də Ermənistan dövləti Xocalı əhalisinə nəinki evlərinə dəymiş zərəri ödəməli, ötən illər ərzində öz təsərrüfatlarından əldə edə bilmədikləri gəlirlərə görə kompensasiya verməlidir".

Faiq İsmayılovun sözlərinə görə, ümumilikdə Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara təcavüzü nəticəsində Azərbaycanın tarixi abidələrinə, ailə təsərrüfatlarına və ümumilikdə iqtisadiyyata 820 milyard manatdan çox ziyan dəyib.

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?