5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bütövlüyümüzün, tamlığımızın başlanğıc günü!!!

27 senytabr Azərbaycan xalqı və dövlətimiz üçün bir zəfər mübarizəsinin başlanğıc günüdür, tapdanmış qürurumuzun, Azərbaycan xalqının ləyaqətinin, eyni zamanda uzun illər ərzində bir çox dövlətlərin dəstəyi nəticəsində işğalda saxlanılmış torpaqlarımızın azad olunmasının başlanğıc günüdür. Bu gün Azərbaycan xalqının, dövlətimizin tarixinə qızıl hərflərlə, böyük hərflərlə yazılacaq bir gün kimi düşübdür və biz hər zaman bu günü bir müqəddəs an, bizi irəliyə, inkişafa, qələbəyə, zəfərə, bütövlüyə, tamlığa aparan bir gün kimi hər zaman qeyd etməliyik və qeyd edəcəyik. 27 sentyabr tarixi həm də qürurumuzun mənbəyi, qürurumuzun ünvanı, Şuşanın azadlığına gedən, Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyini təmin edən və guya məğlubedilməz böyük orduya sahib, böyük dostlara, müttəfiqlərə sahib olduğu mifi yaradılmış Ermənistanın diz çökdürülməsi, kapitulyasiya sənədinə imza atması gününə aparan bir tarixdir, bir dövrdür. 44 günlük Vətən mübarizəmizin başlandığı bu an, Azərbaycan xalqını dünyanın, dünya xalqlarının, dünya dövlətlərinin gözündə qalib xalq, öz gücünə, heç bir dəstək olmadan uzun illər ərzində Ermənistanın böyük dəstək hesabına işğalda saxladığı əraziləri azad edən, BMT Təhlükəsizlik Şurasının, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, BMT tarixində demək olar ki, ilk belə bir hal yaşandı, öz gücünə qətnamələrini icra edən bir dövlətə çevirdi bizi, həmin o dövr, həmin o 27 sentyabr tarixindən başlayan o yol. Eyni zamanda, 27 sentyabr bizi, Azərbaycan xalqını və region xalqlarını gələcək inkişafa aparan bir günün, prosesin başlanğıcıdır.

Əldə etdiyimiz bu uğurlara, bu nəticələrə görə nə qədər ki Azərbaycan var, nə qədər ki müqəddəs üç rəngli bayrağımız səmamızda şərəflə dalğalanır şəhidlərimizə, qazilərimizə, hər bir əsgərimizə, zabitimizə və müzəffər komandanlığı ilə bizləri bu günlərə gətirən Prezidentimiz cənab İlham Əliyevə borcluyuq.

Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?