13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində gələn ildən özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır. Araşdırma nəticəsində əldə olunan məlumatlar 2021-ci ildə və sonrakı illərdə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə, ünvanlığının, proqram üzrə yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək.
Dövlət başçısının tapşırığına əsasən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir.
Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir, yeni imkanlar araşdırılır.
Qeyd edək ki, son illərdə özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib və 2020-ci ildə proqrama cəlb olunanların sayı 12 minə çatıb. Onlar həssas əhali qruplarına aid vətəndaşlardır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?