1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır

Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır

Müasir çağırışlar məşğulluq sahəsində elektron xidmətlərin tətbiqinin genişlənməsini və e-platformalar üzərində yeni xidmət modellərinin qurulmasını daha da aktuallaşdırır. Bu məqsədlə hazırda məşğulluq sahəsində yeni innovativ layihələr hazırlanır. Belə layihələrdən biri də "İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması" layihəsidir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Məşğulluq məsələlərinə dair işçi qrupun videokonfrans formatında keçirilən iclasında bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə əmək bazarı və məşğulluq sahəsində ardıcıl islahatların aparıldığını qeyd edən S.Babayev "Məşğulluq" altsisteminin dövlət məşğulluq xidmətlərinin elektron müstəvidə çevikliyini və keyfiyyətinin artırılmasını təmin etdiyini deyib. Aktiv məşğulluq tədbirlərinin təşkili mexanizmlərinin təkmilləşdirilməsi, bu məqsədlə e-texnologiyalardan daha geniş istifadənin təmin olunması ilə bağlı bir sıra hədəflər də müəyyən olunub.

Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin, məşğulluq xidmətlərinin, peşə hazırlığı sisteminin və peşəyönümü məsləhət xidmətlərinin, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qeyri-formal məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər, əmək bazarında işçi qüvvəsi ilə əlaqədar tələb və təklifin mütəmadi olaraq öyrənilməsi mexanizmləri təhlil olunub. Aktiv məşğulluq, o cümlədən özünüməşğulluq, peşə hazırlığı, haqqı ödənilən ictimai iş yerlərinin təşkili və digər proqramların genişləndirilməsi üçün aparılan işlərdən bəhs edilib.

Həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri, əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və s. sahələrdə aparılan işlər müzakirə olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?