22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub

Bu il yanvarın 1-dək 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yaşa görə müavinət alanların sayı 82,4 min, əlilliyə görə - 180,5 min, ailə başçısını itirməyə görə - 47 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63 min, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olub.

Həmçinin bildirilib ki, əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumu aylıq müavinət alıb. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1655 nəfər bir yaşınadək uşağı olan 1654 aztəminatlı ailə və beşdən çox uşağı olan 2,7 min qadın 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxs isə kompensasiya alıb.

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72647 ailəyə 76204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4273 şəxsə, müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6387 nəfərə birdəfəlik müavinətlər verilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?