11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ünvanlı dövlət sosial yardımının təyinatında prosedur sadələşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu məqsədlə "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunda və "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişikliklərlə bağlı layihələr hazırlanıb.

Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.

Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.

Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.

Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?