Yanvar-oktyabr aylarında pensiyalara 6,5 milyard manatdan çox vəsait yönəldilib
Bu ilin yanvar-oktyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (608 milyon manat) çox olmaqla 6,527 milyard manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Noyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Yanvar-oktyabr aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
