1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İl ərzində 22 rayonda əmək yarmarkası keçirilib

İl ərzində 22 rayonda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkası təşkil edib. ƏƏSMN-dən verilən məlumata görə, may ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.
Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçılardan bir qismi istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib. Yarmarkaya gələn hər kəsə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumat verilib.
Qarşıdakı dövrdə də paytaxtda və bölgələrdə yarmarkaların keçirilməsi davam edəcək. Ümumilikdə isə ilin sonuna kimi ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?