29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk rübündə 965 min şəxsə 561 milyon manat müavinət və təqaüd ödənilib

Bu ilin ilk rübündə 965 min şəxsə 561 milyon manat müavinət və təqaüd ödənilib

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan:

- 495 min nəfərə müavinət olaraq 318 milyon manat,

- 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat,

- 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 2 faiz çox olub.

Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?