29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məzuniyyət günləri bayram günləri ilə üst-üstə düşərsə...

Məzuniyyət günləri bayram günləri ilə üst-üstə düşərsə...

Əmək Məcəlləsində bu ildən qüvvəyə minmiş dəyişikliklərdən biri də məzuniyyət dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə gününün əvəzlənməsi ilə bağlıdır. Bəs bu nüans necə tənzimlənəcək?

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova “vergiler.az”ın bu sualına aydınlıq gətirib.

Məzuniyyət günləri ilə bağlı dəyişiklik Əmək Məcəlləsinin 114-cü maddəsində əksini tapıb. Həmin maddənin 6-cı bəndi əvvəl bu redaksiyada verilmişdi: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir”. Dəyişiklikdən sonra isə həmin maddə bu redaksiyada təsdiqlənib: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır”. Bu halda, məsələn, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.

Qeyd edilən dəyişikliyə praktiki nümunələr üzərindən baxaq:

Misal 1: 5 günlük iş qrafikində çalışan işçi 12.01.2026-cı il tarixdən 14 günlük əmək məzuniyyətinə çıxır. İşçinin işə başlama tarixi nə vaxtdır?

Qeyd olunan dövr aralığına 20 Yanvar - Ümumxalq Hüzn Günü təsadüf etdiyindən, yeni dəyişikliyə əsasən, məzuniyyətə 1 gün uzadılma verilir və işçinin işə başlamalı olduğu tarix 26.01.2026-cı il deyil, 27.01.2026-cı il hesab edilir.

Maddənin dəyişiklikdən öncəki versiyası bu kimi keyslərin tənzimlənməsi zamanı praktikada fərqli yanaşmaların yaranmasına səbəb olurdu.

Misal 2: 5 günlük qrafikdə çalışan işçi 01.05.2026-cı il tarixdən 30 günlük əmək məzuniyyətinə çıxır. İşə başlama tarixi nə vaxtdır?

Əvvəlki qayda üzrə uzadılacaq gün sayı 4 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 28-i Müstəqillik Günü, 27 və 28-i Qurban bayramı) idi. Bu halda işə başlama tarixi 04.06.2026-cı il tarixi olacaqdı. Çünki 28 mayda 2 bayram üst-üstə düşürdü.

Yeni qayda üzrə uzadılacaq gün sayı 3 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 27-i Qurban bayramı, 28-i Müstəqillik Günü), işə başlama tarixi 03.06.2026-cı il olacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?