29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pensiyalarda artım 2026-cı ildə də davam edəcək

Pensiyalarda artım 2026-cı ildə də davam edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkədə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin məlumatına görə, belə ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat və ya 9,3 faiz çox olmaqla 8,323 milyard manat olması nəzərdə tutulur.

DSMF-nin növbəti ildə xərclərinin isə 8,483 milyard manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8,196 milyard manatı və ya 96,6 faizi əhaliyə ödənişlərə yönəldiləcək.

Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1,534 milyard manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək. Növbəti ildə əhaliyə ödəniləcək vəsaitin 7,993 milyard manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.

Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?