2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məktəbəqədər təhsil müəssisələrinin vergidən azad olması bu sahənin inkişaf etdirilməsinə yönəldilib

Məktəbəqədər təhsil müəssisələrinin vergidən azad olması bu sahənin inkişaf etdirilməsinə yönəldilib

Azərbaycanda 1-5 yaş arasındakı körpələrin və uşaqların yalnız 15 faizi bağça ilə təmin olunur. Daim dövlətin diqqət mərkəzində olan bu sahənin inkişafı üçün özəlləşdirmə proqramı, eləcə də sahibkarların sektora cəlb edilməsi kimi müxtəlif yollar axtarılır. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bilirib ki, Vergi Məcəlləsinə edilmiş son düzəlişlərdə məktəbəqədər təhsil müəssisələrinə 1 yanvar 2014-cü il tarixindən növbəti 10 il üçün vergidən azad edilməsində əsas məqsəd vergi siyasəti yolu ilə bu müəssisələrin fəaliyyətini tənzimləmək, uyğun bazar qiymətinin formalaşmasına təsir göstərmək, sektora özəl sərmayənin yatırılmasını təşviq etmək, o cümlədən əhalinin tələbatını qarşılayacaq şəkildə uşaq evlərinin açılmasına nail olmaqdır: "27 dekabr 2013-cü ildə qəbul olunmuş və cəmi iki maddədən ibarət olan "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunun 1-ci maddəsinə görə, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Bununla yanaşı, həmin müəssisələr digər fəaliyyətlə məşğul olduqda Vergi Məcəlləsinə uyğun olaraq vergiyə cəlb olunurlar".

Fəxriyyə İKRAMQIZI

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?