9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək münasibətlərində müddət axımı necə tənzimlənir?

Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və həmin andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov bu hallarda müddət axımı anlayışına aydınlıq gətirir: 

Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Müddətlərin hesablanması qaydaları qüvvədə olan Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsi ilə deyil, “Əsas müddəalar” fəsli ilə müəyyən edilir. Belə struktur dəyişikliyi hüquqi nəticələrin müddətlə bağlı olduğu bütün hallarda tətbiq olunan mövcud müddətlərin mahiyyətini əks etdirir: əmək münasibətləri tərəflərinin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və xitam verilməsi.

Əmək Məcəlləsi əmək hüququ və tərəflərin vəzifələrinin yaranması və ya xitam verilməsindən asılı olaraq, müddətlərin hesablanması qaydasını fərqləndirir. Onların başvermə tarixi müvafiq dövrün başlanğıcını müəyyən edən təqvim tarixidir. Belə ki, müəyyən tarixdə işə qəbul edilən şəxs üçün sınaq müddətinin müəyyən edilməsi həmin tarixdən başlayır. Əmək hüquq və öhdəliklərinə xitam verildiyi tarix əmək münasibətlərinin bitməsini müəyyən edən təqvim tarixindən sonrakı gündür.

Misal: Tutaq ki, sınaq müddəti ilə işə qəbul edilmiş işçi bu müddət ərzində işəgötürənə yanvarın 21-də əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlıq edib. Bu zaman onunla bağlanmış əmək müqaviləsinə yanvarın 24-də xitam verilmiş hesab olunacaq. Əmək Məcəlləsinin 53-cü maddəsində xəbərdarlıq müddəti 3 gün nəzərdə tutulub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?