Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Müddətlərin hesablanması qaydaları qüvvədə olan Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsi ilə deyil, “Əsas müddəalar” fəsli ilə müəyyən edilir. Belə struktur dəyişikliyi hüquqi nəticələrin müddətlə bağlı olduğu bütün hallarda tətbiq olunan mövcud müddətlərin mahiyyətini əks etdirir: əmək münasibətləri tərəflərinin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və xitam verilməsi.
Əmək Məcəlləsi əmək hüququ və tərəflərin vəzifələrinin yaranması və ya xitam verilməsindən asılı olaraq, müddətlərin hesablanması qaydasını fərqləndirir. Onların başvermə tarixi müvafiq dövrün başlanğıcını müəyyən edən təqvim tarixidir. Belə ki, müəyyən tarixdə işə qəbul edilən şəxs üçün sınaq müddətinin müəyyən edilməsi həmin tarixdən başlayır. Əmək hüquq və öhdəliklərinə xitam verildiyi tarix əmək münasibətlərinin bitməsini müəyyən edən təqvim tarixindən sonrakı gündür.
Misal: Tutaq ki, sınaq müddəti ilə işə qəbul edilmiş işçi bu müddət ərzində işəgötürənə yanvarın 21-də əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlıq edib. Bu zaman onunla bağlanmış əmək müqaviləsinə yanvarın 24-də xitam verilmiş hesab olunacaq. Əmək Məcəlləsinin 53-cü maddəsində xəbərdarlıq müddəti 3 gün nəzərdə tutulub.