25 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək məzuniyyəti dövrü bayram günlərinə düşən işçinin məzuniyyətinin rəsmiləşdirilməsi

Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinə əsasən, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Bəs işçinin məzuniyyət dövrü iş günü hesab olunmayan bayram gününə və ya Ümumxalq hüzn gününə təsadüf edərsə, o zaman işçinin məzuniyyətinin rəsmiləşdirilməsi necə tənzimlənməlidir? Suala “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev aydınlıq gətirib.

Bayram və ümumxalq hüzn gününün əmək məzuniyyəti dövrünə təsadüf etdiyi hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 yanvar 2006-cı il tarixli № 11/34-12 nömrəli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 13 yanvar 2006-cı il tarixli № 15b.18ə nömrəli birgə izahatına əsasən (istirahət günlərinə düşüb-düşməməsindən asılı olmayaraq) əmək məzuniyyətinin müddəti həmin bayram günlərinin sayı qədər haqqı ödənilmədən uzadılır.

Misal: “AA” MMC-də mühasib vəzifəsində çalışan işçi 10 fevral 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək 30 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılır. Martın 8-i qeyri-iş günü olduğundan məzuniyyətin müddəti bir gün uzadılmalı və 12 mart 2023-cü il işçiyə ödənişsiz istirahət günü verilməlidir. Həmin tarixin şənbə gününə təsadüf etməsinə baxmayaraq işçi 13 mart 2023-cü il tarixdə işə başlamalıdır.

Əgər məzuniyyətin qurtadığı tarix həftənin bazar ertəsinə təsadüf edərsə, o zaman işçiyə çərşənbə axşamı ödənişsiz istirahət günü verilməli və işçi həftənin çərşənbə günü işə başlamalıdır.

Əgər məzuniyyətin qurtardığı tarix həftənin şənbə gününə təsadüf edirsə, o zaman bazar günü həm adi istirahət günü sayılacaq, həm də bayram gününə görə verilən ödənişsiz istirahət günü. İşə başlama tarixi isə bazar ertəsi hesab olunacaqdır.

Belə hallarda diqqət yetirilməli əsas məqamlar aşağıdakılardır:

- yalnız əmək məzuniyyəti dövrü bayram günləri və ümumxalq hüzn gününə təsadüf edərsə, məzuniyyətin müddəti həmin günlərin sayı qədər uzadılır;

- bayram günləri və Ümumxalq hüzn günü sosial, ödənişsiz və təhsil məzuniyyəti dövrünə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır;

- işçinin məzuniyyət dövrü səsvermə gününə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci bəndinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək cərimə edilir.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”