30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qulluq stajına görə əlavələr edilmiş pensiyalar maddi yardımlarla birgə ödənilib

Qulluq stajına görə əlavələr edilmiş pensiyalar maddi yardımlarla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qulluq stajına görə əlavələr alan pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) mart ayı üzrə pensiya ödənişini də başa çatdırıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə həmin şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində bu ilin əvvəlindən aylıq maddi yardım ödənilməsi nəzərdə tutulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin vətəndaşlara (həmçinin vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və qulluq stajına görə əlavə almaq hüququ olmuş digər şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə) mart ayının pensiyaları maddi yardımla, həmçinin yanvar və fevral aylarının maddi yardımları ilə birgə ödənilib.

Xatırladırıq ki, hazırda qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı 100 min nəfərdir. Dövlət başçısının Sərəncamına əsasən, həmin maddi yardım gələn il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?