31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən dövrdə banklar tərəfindən 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

Ötən dövrdə banklar tərəfindən 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində icra olunan “Özünüməşğulluğa dəstək layihəsi” davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən il layihənin yeni mərhələsi kimi daha 500 özünüməşğulluq proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilməsinə başlanılıb. Artıq onlardan 300 nəfərinə seçdikləri sahələr üzrə mal və materiallar təqdim edilib.

Uğurlu sosial tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunələrindən olan, 21 bankın qoşulduğu layihə özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstəkdir.

Ümumilikdə ötən dövrdə banklar tərəfindən “Özünüməşğulluğa dəstək layihəsi” üzrə 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilməklə kiçik biznesləri yaradılıb.

Aktivlərlə təmin edilən həmin şəxslərin böyük hissəsi şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?